“Siz harada, “Araz” orada” sloqanı ilə Azərbaycanın bütün bölgələrində “Araz” supermarkətlər şəbəkəsinin yaradılmasına nail olmaq
Buna görə də yeni bir supermarketlər şəbəkəsinin yaradılması zəruri idi. 2011-ci il mayın 7-də xarici və daxili bazarları daima araşdıran, savadlı və əzmkar insanlar bir araya gələrək “AzRetail” MMC-ni təsis etdilər.
Bununla da bütün Azərbaycanı əhatə etməyi hədəf götürən “Araz" supermarket şəbəkəsi istifadəyə verildi. 2011-ci ildə Bakıda “Siz harada, “Araz” orada” sloqanı ilə 4 filial xidmətə başladı. Tezliklə müştərilərin məmnuniyyətini və rəğbətini qazanan marketlərimiz çoxalma siyasətini 2012-2013-ci illərdə də davam etdirdi. İntellektual və peşəkar insan resurslarına malik olan şirkət bu illər ərzində Bakı şəhəri ətrafında və Sumqayıtda daha 12 filial açaraq supermarket sayını 16-ya çatdırdı.
Növbəti illərdə də davamlı inkişaf yolunu davam etdirən "Araz" supermarketlər şəbəkəsi təkcə Bakı və Sumqayıt şəhərlərində deyil, eləcə də Bərdə, Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Quba, Saatlı və Mingəçevir şəhərlərində ilk filiallarını açdı. "Araz" supermarket hal-hazırda ölkəmizin bir çox ərazilərindəki 145 marketi və 6000-dən artıq əməkdaşı ilə müştərilərinin xidmətindədir.